Bərbər üçün növbə proqramı
Defty bərbərxanada növbəni telefon və dəftərdən çıxarıb bir tətbiqə yığır. Müştəri linkinizdən özü saat seçir, WhatsApp ilə təsdiq alır, siz isə hər ustanın təqvimini və günün kassasını bir ekranda görürsünüz.
Bərbərxanada boş qalan yarım saat geri qayıtmır. Defty bu itkini azaldır.
7 gün pulsuz sınaq


Bərbərxanada pul hardan itir?
İtki adətən dörd yerdən olur, Defty dördünü bir ekranda toplayır:
- Cavab verə bilmədiyiniz zəng: müştəri Instagram-dakı linkdən gecə də olsa ustanı və saatı özü seçir.
- Xəbərsiz gəlməyən müştəri: hər növbəyə təsdiq mesajı gedir; “Gələ bilmirəm” deyənin saatı yenidən boşalır.
- Şənbə sıxlığı: hər ustanın öz sütunu var, eyni ustaya eyni saata ikinci müştəri yazılanda proqram xəbərdar edir.
- Axşam tutmayan kassa: ödəniş satışla birlikdə yazılır, ustanın mükafatı hesablanır.
Müştəri üçün sadə
Tətbiq yükləməyə ehtiyac yoxdur. Linki Instagram profilinizə qoyursunuz və ya WhatsApp-la göndərirsiniz.
Salon Defteri Solo paketi ayda 48 ₼-dan başlayır. Bütün qiymətlər
Tez-tez verilən suallar
Müştəri tətbiq yükləməlidir?
Xeyr. Müştəri sizin linkinizi açır, xidməti və saatı seçir, telefonuna gələn kodla təsdiqləyir.
Bir neçə usta ilə işləyə bilərəm?
Bəli. Hər ustanın təqvimdə öz sütunu və öz hesabatı olur.
Gəlməyən müştəri ilə nə edim?
Növbədən əvvəl WhatsApp xatırlatması gedir; gələ bilməyən müştəri düyməyə basır və saat boşalır.
Ödəniş necə edilir?
Abunə yalnız App Store və ya Google Play üzərindən alınır. Öhdəlik yoxdur.